Ana içeriğe atla

Kayıtlar

Minimalism

  3 Aya 33 əşya Əgər siz şkafınızdakı xaosdan yorulmusunuzsa və ya sadəcə az geyimlə kifayətlənməyin faydaları ilə maraqlanır və qarderobunuzu sadələşdirmək istəyirsinizsə, bu məqalə sizə yardımcı ola bilər.   Az geyimlə kifayətlənmədən öncə mən də hər gördüyüm gözəl paltarı almağı düşünürdüm. Fikirləşirdim ki, endirimlərdən yararlanıb həmin paltarları almaq məni xoşbəxt edəcək və mən öz qarderobumu beləcə tamamlayacam, amma heç vaxt tamamlaya bilmirdim. Həmişə daha çox şeyə ehtiyacım olurdu.   Hər şeyə sahib olmağın sirri əlində olanların fərqinə varmaqdır.   Bizim hər birimizin müxtəlif bədən ölçüləri və yaşam tərzimiz var və biz xüsusi kombinasiyalar geyinməyə layiqiq. Kiminsə mükəmməl saydığı qarderob başqa biri üçün uyğun olmaya bilər. Ona görə də çətini öz bədəninə və həyat tərzinə uyğun paltarları tapana qədərdir.   Minimalist qarderob qurmaq bu işdə sizə kömək ola bilər. Minimalist qarderob növbəti 3 ayda (biz yan varın 1-dən martın 22-ə qədər...
En son yayınlar

Gözəllik

  Bu gün biz nələri gözəl hesab edirik?! Bunu anlamaq üçün tarixə nəzər salmalıyıq. 150 milyon il əvvəl dinozavrlar dünyada dominatlıq edirdilər. Bir anlıq hündür və nəhəng canlıları təsəvvür etdinizsə, nəzərlərinizi bir qədər aşağı, dinozavrların ayaqlarının altına gətirin. Məhz elə burada bizim əcdadlarımızı, siçana bənzər balaca məməliləri tapmaq olar,   onlar dinozavrlardan gizlənərək vaxtlarını keçirir, sağ qalmaq uğrunda mübarizə aparırdılar. Bu canlıların dünyanı qavraması olduqca məhdud idi. Yalnız iki rəngi seçə bilirdilər: qırmızı və göy.   Həm də onlar daha yaxşı görən yırtıcılardan qaçmaq üçün gecələr ayıq olur və daima ətrafı  sağdan sola, yuxarıdan aşağı gözdən keçirirdilər. Bu da bizim bu gün kvadrat və düzbucaqlı fiqurlarına meylimizi izah edən sadə səbəb hesab oluna bilər.   Əlbəttə ki, vizual gözəllik görmə əsasındadır. Bizim görmə qabiliyyətimiz  təkamül keçib, çünki bu, bizə sağ qalmağa kömək edib. Dinozavrlar yoxa çıxdıqdan so...

Şəhərdə kitab oxumaq üçün ən sakit yerlər Öz

fikirlərinlə baş-başa qalmaq, özünə zaman verməyin mental, emosional və sosial faydaları var.   Steorotipləri kənara qoyun və tək gəzməyə çıxın. Telefonuzu yoxlamayın, kitabınızı oxuyun, kofenizi için, özünüzü tanıyın. Aşağıda kitab oxumaq üçün sevdiyim kafelərin siyahısını hazırlamışam:   1)     Baku Book Center – şəhərdə mənə görə kitab oxumaq üçün ən yaxşı yerdir. Yerləşməsi rahat, interyeri gözoxşayan bu yer gənclərlə dolub daşır. 2)     W_space – AFF   Mall-un 3-cü mərtəbəsində yerləşən bu kafe həm də kovörkinq mərkəzidir. Terrası çox gözəldir və ən əsası şəhərdə kitab oxumaq üçün ən sakit kafelərdəndir. 3)     Stories - Libraff kitab evlərinin daxilində yerləşən bu kafe haqqında çoxlarının məlumatı var. Mənim sevdiyim Elmlər Akademiyası ilə üzbəüz yerləşən filialıdır. Qiymətləri olduqca münasibdir, vaxtaşırı tələbələrə endirimlər təklif edirlər. 4)       Baku Roasting Company - Space TV-...

Payızı Azərbaycanda necə keçirək?!

  Payız fəslinin gəlişi ilə yeni bucket list hazırlığına başlayanlar üçün maraqlı ideyalar toplamışam. Siyahı pandemiya dövrü üçün uyğunlaşdırılıb istifadə edilə bilər. Ən əsası siyahını əlçatan hədəflərlə zəngin et!  İlk növbədə hər fəsil üzrə bu siyahını niyə hazırlamalı olduğumuzu öyrənək: 1.    Gündəlik həyatda daha çox motivasiya əldə edəcəksən.   2.    Həyatında baş verən neqativlərdən diqqətini yayınd ıracaq bir fəaliyyətin olacaq. 3.    Etməyi planlayıb təxirə saldığın şeyləri yoxlamağa şansı n olacaq. İstər sadəcə əyləncə xətrinə, istərsə də həyatında daha çox şeyə nail olmaq üçün fəsillər üzrə bucket list yaratmaq faydalıdır. O, səylərini vizuallaşdırmağa və enerjini məqsədlərə nail olmağa yönəltməyə kömək edəcək. Mən mövsümi siyahım üçün özümə aşağıdakı qaydaları qoymuşam. ·        Siyahıda həmin fəslə uyğun bir içki olmalıdır. ·        Siyahıda həmin fəslə uy...

Stendal Psixoloji tarixi roman - Qırmızı və Qara

  Əsərin adı artıq bizə nəsə deməyə çalışır: qırmızı (hərb, siyasət, müharibə) və qara ( din, keşişlik, tərki-dünyalıq)   Uşaqlıqdan ana qayğısından məhrum olmuş, sevgisizlikdən əziyyət çəkən, idealı Napoleon olan Jülyen Sorel (əsərin baş qəhrəmanı) bu iki seçim (qırmızı və qara) arasında gedib gəlir. A mbisiyalı və burjuaziyada özünə yer tapmaq istəyən bu gənc kilsə xadimi olmaq istəsə də, tanrıya inanmır, dini sadəcə məqsədə nail olmaq üçün vasitə kimi görür. O, məqsədlərinə çatmaq üçün hər cür yola hazırdır, hətta o dövrdə fransız kişiləri arasında yüksək mövqeyə nail olmaq üçün varlı qadınların məşuqu olmaq kimi addımdan çəkinmir. O, özündən yaşca böyük xanım Renalın qəlbini qazanmağa nail olur, sonda isə anlayır ki, yalnızca onu sevib. Xanım Renaldan sonra Matilda ilə eşq macərası yaşayır. Stendal hər iki sevgi hekayəsində aşiqlərin ruh halını, psixoloji vəziyyətini oxucu üçün aydın təsvir edib. Əsərin sonuna qədər Jülyenin edama məhkum olunacağına inanmırdım. Xeyri...

Emansipasiya*. Bir həyat hekayəsi

Kate Chopin Biri var idi, biri yox idi, dünyaya yeni gələn bir heyvan var idi, o, gözlərini həyata açar-açmaz yuxarıda və ətrafında onu əhatə edən divarlar gördü. Önündə isə arasından işıq və havanın keçdiyi dəmir çubuqlar var idi; bu heyvan qəfəsdə doğulmuşdu.     Burada, Görünməzin qoruyucu əllərinin qayğısı altında o böyüyür və boya-başa çatırdı. Ehtiyacları qarşılanır və yeməyi həmişə hazır idi. Susayanda su gətirilir, istirahətə ehtiyac duyanda isə samandan hazırlanmış yataqla təmin edilirdi; burada öz gözəgəlimli bədənini yalamaq onun xoşuna gəlirdi və günəş işıqlarının ancaq onun evini işıqlandırmaq üçün var olduğunu zənn edərək zövqlə günəşlənirdi. Bir gün   istirahət etdiyi zaman gördü ki, qəfəsin qapısı açıqdır : təsadüf nəticəsində qapı açıq qalmışdı. Təəccüblənərək və qorxaraq öz köşəsində çömbəldi. Ardından, öyrəşmədiyi bu haldan ehtiyat edərək yavaşca qapıya yaxınlaşdı. Qapını bağlayardı, amma bu tapşırığı icra etmək üçün onun ətrafları buna uyğun r...

İmperator xəbəri

Franz Kafka Belə nəql edirlər ki, imperator birbaşa ölüm yatağından yalnız sənə, kədərli təbəəsinə, imperiya günəşinin ən uzaq məsafəsində ikiqat əyilmış cılız kölgəsinə bir xəbər göndərib. Qasidə yatağının kənarında diz çökməyi əmr etdi və xəbəri ona pıçıldadı. Xəbəri çox əhəmiyyətli sayaraq elçiyə göstəriş verdi ki, ağzını onun qulağına yaxınlaşdırıb dediklərini təkrarlasın. O, elçinin söylədiklərinin doğruluğunu başını yelləyərək təsdiqlədi. Ölümünə şahidlik etmək üçün gəlmiş bütöv izdihamın qarşısında –bütün əngəl divarları sökülmüşdü və   pilləkanların geniş və hündürə yüksələn pillərində sıra-sıra imperiyanın bütün böyükləri düzülmüşdü—elçini yolladı. Qasid, o güclü və yorulmaz adam dərhal yola düşdü. Qolunun birini, daha sonra o birini irəli verərək izdihamın içindən özünə yol açırdı. Müqavimətə rast gəldikdə günəş işarəsi olan sinəsini barmağı ilə işarə edirdi. Beləcə o, asanlıqla irələyirdi, hər kəsdən fərqli olaraq. Amma izdiham çox böyükdür; onun sərhədi sonsuzdur. Açı...