Ana içeriğe atla

Stendal Psixoloji tarixi roman - Qırmızı və Qara

 


Əsərin adı artıq bizə nəsə deməyə çalışır: qırmızı (hərb, siyasət, müharibə) və qara ( din, keşişlik, tərki-dünyalıq)

 Uşaqlıqdan ana qayğısından məhrum olmuş, sevgisizlikdən əziyyət çəkən, idealı Napoleon olan Jülyen Sorel (əsərin baş qəhrəmanı) bu iki seçim (qırmızı və qara) arasında gedib gəlir. Ambisiyalı və burjuaziyada özünə yer tapmaq istəyən bu gənc kilsə xadimi olmaq istəsə də, tanrıya inanmır, dini sadəcə məqsədə nail olmaq üçün vasitə kimi görür. O, məqsədlərinə çatmaq üçün hər cür yola hazırdır, hətta o dövrdə fransız kişiləri arasında yüksək mövqeyə nail olmaq üçün varlı qadınların məşuqu olmaq kimi addımdan çəkinmir. O, özündən yaşca böyük xanım Renalın qəlbini qazanmağa nail olur, sonda isə anlayır ki, yalnızca onu sevib. Xanım Renaldan sonra Matilda ilə eşq macərası yaşayır. Stendal hər iki sevgi hekayəsində aşiqlərin ruh halını, psixoloji vəziyyətini oxucu üçün aydın təsvir edib.

Əsərin sonuna qədər Jülyenin edama məhkum olunacağına inanmırdım. Xeyrin şər üzərində qələbəsinə o qədər alışmışam ki. Jülyen xeyir qüvvə deyildi bəlkə?!

Düzdür, o, ambisiyaları uğrunda hər addıma əl atırdı, xanım Renalı öldürməyə cəhd etmişdi. Lakin bütün bunlar onun tamamilə mənfi obraz olduğunu deməyə əsas vermir. Kifayət qədər savadlı idi, kitab oxumağı sevən, xəyalpərəst Jülyen latın dilini öyrənmiş, İncili əzbərdən bilirdi. Ən hürkütücü ambisiyalarında belə sevgiyə susayırdı. Ehtiyacı olan yeganə şeyin sevgi olduğunu isə çox gec, edama məhkum olanda anladı. 

Ümid edirəm, siz də mənim kimi kitabı karandaşla oxuyanlardansınız. Kitabdan bəzi seçmələri təqdim edirəm: 


*Məgər əyanın evində yaşayan biri olaraq, siz hersoqa de Kastrinin d`Alambera və Russo barədə dediyi məşhur ifadəni bilmirsiniz: hər şey barədə fikirləri var, amma ciblərində min eküləri yoxdur.

*Oğlanı ən çox narahat edən şey bu adamın olduqca mömin və eyni anda azadlıq düşkünü olması idi.

*Nəzakət- oğlan öz-özünə deyirdi- ədəbsiz hərəkətlərlə qarşılaşanda yaranan qıcıqlanmanı içində dəf etməkdən başqa bir şey deyil.

*Əzizim, etiraf  eləmək lazımdır ki, sevgi həyati bir təsadüfdür, amma bu təsadüflə ancaq böyük ürəklər üzləşə bilər.


Sevgililər, rəssam Rene Magritte (1928) 

Yorumlar

Bu blogdaki popüler yayınlar

Şəhərdə kitab oxumaq üçün ən sakit yerlər Öz

fikirlərinlə baş-başa qalmaq, özünə zaman verməyin mental, emosional və sosial faydaları var.   Steorotipləri kənara qoyun və tək gəzməyə çıxın. Telefonuzu yoxlamayın, kitabınızı oxuyun, kofenizi için, özünüzü tanıyın. Aşağıda kitab oxumaq üçün sevdiyim kafelərin siyahısını hazırlamışam:   1)     Baku Book Center – şəhərdə mənə görə kitab oxumaq üçün ən yaxşı yerdir. Yerləşməsi rahat, interyeri gözoxşayan bu yer gənclərlə dolub daşır. 2)     W_space – AFF   Mall-un 3-cü mərtəbəsində yerləşən bu kafe həm də kovörkinq mərkəzidir. Terrası çox gözəldir və ən əsası şəhərdə kitab oxumaq üçün ən sakit kafelərdəndir. 3)     Stories - Libraff kitab evlərinin daxilində yerləşən bu kafe haqqında çoxlarının məlumatı var. Mənim sevdiyim Elmlər Akademiyası ilə üzbəüz yerləşən filialıdır. Qiymətləri olduqca münasibdir, vaxtaşırı tələbələrə endirimlər təklif edirlər. 4)       Baku Roasting Company - Space TV-...

Payızı Azərbaycanda necə keçirək?!

  Payız fəslinin gəlişi ilə yeni bucket list hazırlığına başlayanlar üçün maraqlı ideyalar toplamışam. Siyahı pandemiya dövrü üçün uyğunlaşdırılıb istifadə edilə bilər. Ən əsası siyahını əlçatan hədəflərlə zəngin et!  İlk növbədə hər fəsil üzrə bu siyahını niyə hazırlamalı olduğumuzu öyrənək: 1.    Gündəlik həyatda daha çox motivasiya əldə edəcəksən.   2.    Həyatında baş verən neqativlərdən diqqətini yayınd ıracaq bir fəaliyyətin olacaq. 3.    Etməyi planlayıb təxirə saldığın şeyləri yoxlamağa şansı n olacaq. İstər sadəcə əyləncə xətrinə, istərsə də həyatında daha çox şeyə nail olmaq üçün fəsillər üzrə bucket list yaratmaq faydalıdır. O, səylərini vizuallaşdırmağa və enerjini məqsədlərə nail olmağa yönəltməyə kömək edəcək. Mən mövsümi siyahım üçün özümə aşağıdakı qaydaları qoymuşam. ·        Siyahıda həmin fəslə uyğun bir içki olmalıdır. ·        Siyahıda həmin fəslə uy...

Emansipasiya*. Bir həyat hekayəsi

Kate Chopin Biri var idi, biri yox idi, dünyaya yeni gələn bir heyvan var idi, o, gözlərini həyata açar-açmaz yuxarıda və ətrafında onu əhatə edən divarlar gördü. Önündə isə arasından işıq və havanın keçdiyi dəmir çubuqlar var idi; bu heyvan qəfəsdə doğulmuşdu.     Burada, Görünməzin qoruyucu əllərinin qayğısı altında o böyüyür və boya-başa çatırdı. Ehtiyacları qarşılanır və yeməyi həmişə hazır idi. Susayanda su gətirilir, istirahətə ehtiyac duyanda isə samandan hazırlanmış yataqla təmin edilirdi; burada öz gözəgəlimli bədənini yalamaq onun xoşuna gəlirdi və günəş işıqlarının ancaq onun evini işıqlandırmaq üçün var olduğunu zənn edərək zövqlə günəşlənirdi. Bir gün   istirahət etdiyi zaman gördü ki, qəfəsin qapısı açıqdır : təsadüf nəticəsində qapı açıq qalmışdı. Təəccüblənərək və qorxaraq öz köşəsində çömbəldi. Ardından, öyrəşmədiyi bu haldan ehtiyat edərək yavaşca qapıya yaxınlaşdı. Qapını bağlayardı, amma bu tapşırığı icra etmək üçün onun ətrafları buna uyğun r...