fikirlərinlə baş-başa qalmaq, özünə zaman verməyin mental, emosional və sosial faydaları var.
Steorotipləri
kənara qoyun və tək gəzməyə çıxın. Telefonuzu yoxlamayın, kitabınızı oxuyun,
kofenizi için, özünüzü tanıyın. Aşağıda kitab oxumaq üçün sevdiyim kafelərin
siyahısını hazırlamışam:
1)
Baku Book Center –
şəhərdə mənə görə kitab oxumaq üçün ən yaxşı yerdir. Yerləşməsi rahat,
interyeri gözoxşayan bu yer gənclərlə dolub daşır.
2)
W_space – AFF Mall-un 3-cü mərtəbəsində yerləşən bu kafe
həm də kovörkinq mərkəzidir. Terrası çox gözəldir və ən əsası şəhərdə kitab
oxumaq üçün ən sakit kafelərdəndir.
3)
Stories- Libraff
kitab evlərinin daxilində yerləşən bu kafe haqqında çoxlarının məlumatı var.
Mənim sevdiyim Elmlər Akademiyası ilə üzbəüz yerləşən filialıdır. Qiymətləri
olduqca münasibdir, vaxtaşırı tələbələrə endirimlər təklif edirlər.
4)
Baku Roasting Company- Space TV-nin arxasında
yerləşən və kofesi ilə məşhur olan bu yerə tez-tez baş çəkirəm. Tamam fərqli və
çox sadə bir mühiti var. Şəhərdə ən gözəl kofeni burada dada bilərsiniz.
5)
Boho Tea and Wine room – əgər “mən çay
adamıyam, kofe mənlik deyil” deyənlərdənsinizsə, bu məkan zövqünüzcə olacaq.
Cürbəcür çaylar, dadlı şirniyyatlar dadıb kitabınızı oxuya biləcəyiniz boho
stilində bir məkan payıza rəng qatmağa kömək edəcək.
Bonus: Əgər kafeyə gedib pul
xərcləmək istəmirsinizsə, Milli Kitabxananın yanında yerləşən Açıq
kitabxanasına baş çəkə bilərsiniz. Kitabınızı, termosda çayınızı götürün,
stollardan birində əyləşin, pul xərcləmədən kafedə olduğunuzu hiss edin.
Yorumlar
Yorum Gönder