Ana içeriğe atla

Minimalism

 

3 Aya 33 əşya


Əgər siz şkafınızdakı xaosdan yorulmusunuzsa və ya sadəcə az geyimlə kifayətlənməyin faydaları ilə maraqlanır və qarderobunuzu sadələşdirmək istəyirsinizsə, bu məqalə sizə yardımcı ola bilər. 

Az geyimlə kifayətlənmədən öncə mən də hər gördüyüm gözəl paltarı almağı düşünürdüm. Fikirləşirdim ki, endirimlərdən yararlanıb həmin paltarları almaq məni xoşbəxt edəcək və mən öz qarderobumu beləcə tamamlayacam, amma heç vaxt tamamlaya bilmirdim. Həmişə daha çox şeyə ehtiyacım olurdu. 

Hər şeyə sahib olmağın sirri əlində olanların fərqinə varmaqdır.

 Bizim hər birimizin müxtəlif bədən ölçüləri və yaşam tərzimiz var və biz xüsusi kombinasiyalar geyinməyə layiqiq. Kiminsə mükəmməl saydığı qarderob başqa biri üçün uyğun olmaya bilər. Ona görə də çətini öz bədəninə və həyat tərzinə uyğun paltarları tapana qədərdir.

 Minimalist qarderob qurmaq bu işdə sizə kömək ola bilər. Minimalist qarderob növbəti 3 ayda (biz yanvarın 1-dən martın 22-ə qədərki dövrü nəzərdə tuturuq) 33 geyim əşyasından (buraya geyimlər, zinyət əşyaları, aksesuarlar və ayaqqabılar da daxildir) ibarət balaca bir geyim kolleksiyası hesab olunur.  

Minimalist qarderob qurmaq üçün 3 səbəb:

1. Nələrin əhəmiyyətli olduğunu anlamaq

Əgər işlərinizin çoxluğundan şikayətlənirsinizsə, sizə maraqlı olan, vaxt keçirməyi xoşladığınız şeyləri və arzularınızı bəzən unuda bilirsiniz. Həyatı və geyimlər məsələsində az şeylə kifayətlənmək dünyaya bağlanmağa kömək edəcək. Bəzən bizə ən mühüm olanları anlamaq üçün ehtiyacımız olmayan şeylərdən canımızı qurtarmalıyıq.

2. Qərarvermə çətinliyini aradan qaldırmaq

Geyim seçiminə sərf etdiyiniz mental enerjini başqa şeylərə sərf edə bilərsiniz. Səhərlər ən mükəmməl geyimi tapmaq ümidi ilə müxtəlif geyimləri yoxlamaq əvəzinə, sevimli geyimlərdən ibarət qarderob yaradın. Bundan sonra gündəlik qərarlara ehtiyac olmayacaq. Hər gün sevimli geyimlərinizi geyinəcəksiniz. 

3. Sevdiyiniz şeylərə daha çox vaxt ayırmaq 

Hətta nəyin sizin üçün daha çox əhəmiyyətli olduğunun fərqində deyilsəniz belə, az geyimlə kifayətlənməklə düşünmək üçün vaxt qazanmış olacaqsınız. Nəfəs almaq üçün daha çox vaxt və məkan. 

İndi isə minimalist qarderob üçün hansı addımları izləməli olduğumuza baxaq:

1. Görmək

Ayrıca bir günü buna ayırın. Bütün geyimlərinizi, aksessuarlar, zinyət əşyalarınızı çarpayınızın üzərinə yığın. Bütün qış paltarlarınızı (eyni şeyi yazda, payızda və yayda təkrarlayın). Əgər çarpayınızın üzərində olarsa, yatmadan öncə bitirmək üçün motivasiyanız olar.  Minimalist qarderob qurmaq üçün ən vacib addım hansı geyimlərinizin olduğunu görməkdir. Baxın görün, hansı geyimə pul xərcləmisiniz, hansıları heç vaxt geyinməmisiniz.

2. Kateqoriyalara bölmək

Geyimlərinizi aşağıdakı kateqoriyalara uyğun bölün:

           Sevdiklərim: Mən bu geyimi sevirəm. Mənə yaxşı yaraşır və onları tez-tez geyinirəm. 

           Bəlkə də geyinərəm: Bu geyimi xoşlayıram və qarderobumda olsun istəyirəm, amma səbəbin bilmirəm. 

           İanə üçün: Bu geyimlər və ya aksesuarlar daha mənə uyğun deyil və ya praktik deyil. 

           Atmaq üçün: Bu geyimlər pis vəziyyətdədir, atılmalıdır (əgər mümkünsə, istifadə təyinatını dəyişdirə bilərsiniz) 

Çarpayı paltarlardan azad olunana qədər davam edin.   

Əsas fokusu iki kateqoriyaya yönəldin (“sevdiklərim” və “bəlkə geynirərəm”). Əmin olmadığınız geyimləri əyninizdə yoxlayın və aşağıdakı sualları özünüzə verin: 

           Bu geyim mağazada indi olsa idi, onu alardım?

           Bu geyimi növbəti 3-6 ayda geyinəcəyəm? 

Əgər cavab “yox”dursa, bu geyimləri də ianə bölməsinə qoyun.

3. Seçmək

Sevdikləriniz və geyinməyi düşündüyünüz geyimlər kateqoriyasında 33 geyimi ayırın. 

Məsələn:

Geyimlər

           cins şalvar

           don

           yupka

           sadə t-shirt

           ağ köynək 

           pencək 

Aksessuarlar

           eynək 

           şərf

Ayaqqabı

           baletka

           dabanlı ayaqqabı

           krassovka

 

Yorumlar

Bu blogdaki popüler yayınlar

Şəhərdə kitab oxumaq üçün ən sakit yerlər Öz

fikirlərinlə baş-başa qalmaq, özünə zaman verməyin mental, emosional və sosial faydaları var.   Steorotipləri kənara qoyun və tək gəzməyə çıxın. Telefonuzu yoxlamayın, kitabınızı oxuyun, kofenizi için, özünüzü tanıyın. Aşağıda kitab oxumaq üçün sevdiyim kafelərin siyahısını hazırlamışam:   1)     Baku Book Center – şəhərdə mənə görə kitab oxumaq üçün ən yaxşı yerdir. Yerləşməsi rahat, interyeri gözoxşayan bu yer gənclərlə dolub daşır. 2)     W_space – AFF   Mall-un 3-cü mərtəbəsində yerləşən bu kafe həm də kovörkinq mərkəzidir. Terrası çox gözəldir və ən əsası şəhərdə kitab oxumaq üçün ən sakit kafelərdəndir. 3)     Stories - Libraff kitab evlərinin daxilində yerləşən bu kafe haqqında çoxlarının məlumatı var. Mənim sevdiyim Elmlər Akademiyası ilə üzbəüz yerləşən filialıdır. Qiymətləri olduqca münasibdir, vaxtaşırı tələbələrə endirimlər təklif edirlər. 4)       Baku Roasting Company - Space TV-...

Payızı Azərbaycanda necə keçirək?!

  Payız fəslinin gəlişi ilə yeni bucket list hazırlığına başlayanlar üçün maraqlı ideyalar toplamışam. Siyahı pandemiya dövrü üçün uyğunlaşdırılıb istifadə edilə bilər. Ən əsası siyahını əlçatan hədəflərlə zəngin et!  İlk növbədə hər fəsil üzrə bu siyahını niyə hazırlamalı olduğumuzu öyrənək: 1.    Gündəlik həyatda daha çox motivasiya əldə edəcəksən.   2.    Həyatında baş verən neqativlərdən diqqətini yayınd ıracaq bir fəaliyyətin olacaq. 3.    Etməyi planlayıb təxirə saldığın şeyləri yoxlamağa şansı n olacaq. İstər sadəcə əyləncə xətrinə, istərsə də həyatında daha çox şeyə nail olmaq üçün fəsillər üzrə bucket list yaratmaq faydalıdır. O, səylərini vizuallaşdırmağa və enerjini məqsədlərə nail olmağa yönəltməyə kömək edəcək. Mən mövsümi siyahım üçün özümə aşağıdakı qaydaları qoymuşam. ·        Siyahıda həmin fəslə uyğun bir içki olmalıdır. ·        Siyahıda həmin fəslə uy...

Emansipasiya*. Bir həyat hekayəsi

Kate Chopin Biri var idi, biri yox idi, dünyaya yeni gələn bir heyvan var idi, o, gözlərini həyata açar-açmaz yuxarıda və ətrafında onu əhatə edən divarlar gördü. Önündə isə arasından işıq və havanın keçdiyi dəmir çubuqlar var idi; bu heyvan qəfəsdə doğulmuşdu.     Burada, Görünməzin qoruyucu əllərinin qayğısı altında o böyüyür və boya-başa çatırdı. Ehtiyacları qarşılanır və yeməyi həmişə hazır idi. Susayanda su gətirilir, istirahətə ehtiyac duyanda isə samandan hazırlanmış yataqla təmin edilirdi; burada öz gözəgəlimli bədənini yalamaq onun xoşuna gəlirdi və günəş işıqlarının ancaq onun evini işıqlandırmaq üçün var olduğunu zənn edərək zövqlə günəşlənirdi. Bir gün   istirahət etdiyi zaman gördü ki, qəfəsin qapısı açıqdır : təsadüf nəticəsində qapı açıq qalmışdı. Təəccüblənərək və qorxaraq öz köşəsində çömbəldi. Ardından, öyrəşmədiyi bu haldan ehtiyat edərək yavaşca qapıya yaxınlaşdı. Qapını bağlayardı, amma bu tapşırığı icra etmək üçün onun ətrafları buna uyğun r...