Payız fəslinin gəlişi ilə yeni bucket list hazırlığına başlayanlar üçün maraqlı ideyalar toplamışam. Siyahı pandemiya dövrü üçün uyğunlaşdırılıb istifadə edilə bilər. Ən əsası siyahını əlçatan hədəflərlə zəngin et! İlk növbədə hər fəsil üzrə bu siyahını niyə hazırlamalı olduğumuzu öyrənək:
1.
Gündəlik həyatda daha çox motivasiya əldə edəcəksən.
2. Həyatında baş verən neqativlərdən diqqətini yayındıracaq bir fəaliyyətin olacaq.
3. Etməyi planlayıb təxirə saldığın şeyləri yoxlamağa şansın olacaq.
İstər sadəcə əyləncə xətrinə, istərsə
də həyatında daha çox
şeyə nail olmaq üçün fəsillər üzrə bucket list yaratmaq faydalıdır. O, səylərini vizuallaşdırmağa və
enerjini məqsədlərə nail olmağa yönəltməyə kömək edəcək.
Mən mövsümi siyahım üçün özümə aşağıdakı
qaydaları qoymuşam.
- · Siyahıda həmin fəslə uyğun bir içki
olmalıdır.
- · Siyahıda həmin fəslə uyğun fiziki
aktivitə olmalıdır.
- · Siyahıya həmin fəslə uyğun nəsə bişirmək daxil
olmalıdır.
- · Siyahıda əvvəllər heç vaxt etmədiyim
nəsə olmalıdır.
- · Siyahıda mütləq sosiallaşmaq
xarakterli aktivitə yer almalıdır.
- · Siyahıda təkbaşına vaxt keçirə biləcəyim aktivitə olmalıdır.
Payız pikniki planla
Ən gözəl bir payız günü keçirmək üçün piknik mükəmməl ideyadır. İsti geyin, ədyalını və dadlı təamları (payıza uyğun nələrsə: balqabaq tumu, balqabaq qutabı, qovrulmuş şabalıd) götür və sevimli parkına yollan. Botanika bağı payızı hiss etmək üçün əla seçim ola bilər. Əvvəllər olmadığın bir parka da yollana bilərsən.
Maşın gəzintisini
yoxla
Çoxdandır
arzusunda olduğun ən yaxın şəhəri gəzmək rəngarəng payızı müşahidə etmək üçün
ən yaxşı yoldur. Fərq etməz, heç vaxt
Sumqayıtda olmamısansa, ora da səfər edə bilərsən.
soyuq bir payız günündə əvvəllər dadına baxmadığın
supla isin.
Bəzi restoranlarda payızda terraslar hələ açıq olur. Terrasda əyləşib yumşaq ədyala bürünüb payızın zövqünü çıxarda bilərsən. Əvvəllər dadmadığın bir sup sifariş ver və yeni dad kəşf et.
kino gecəsi təşkil et
Payızın sərin
havasına görə, çox güman daha çox vaxtını qapalı yerdə keçirirsən. Elə isə,
niyə də kino gecəsi təşkil etməyəsən?! Sevimli filmini seç, ən isti ədyallarını tap və ev üsulu popkorn və
isti şokaladla qonaqlarını razı sal. Halloween ərəfəsi üçün qorxulu filmlərlə
eyni şeyi təkrarlaya bilərsən.
Çimərliyə son bir səfər et
Mən çimərliyə payızda getməyi sevirəm. Elə gözəl və sakitləşdiricidir ki, üstəgəl izdiham da yoxdur. Bir termoz sevimli içkini (kofe, çay və ya kakao) götür və o hüzurlu mənzərədən zövq al.
Minnətdar olduğun şeylərin siyahısını hazırla
Payız minnətdar
olduğunuz hər şeyi qeyd etmək üçün mükəmməl zamandır. Bəzən yazılı şəkildə
görmək sahibi olduğumuz şeyləri anlamaq üçün ən yaxşı yoldur. Bir vərdiş halına
gətirmək istəsən, minnətdarlıq gündəliyi tuta bilərsən.
Dəri qulluğu rejiminə hialuron turşusu əlavə et
Qarderobunuz kimi, dəriyə qulluq
rutini də mövsimi dəyişikliyə ehtiyac duyur. Hava dəyişikliyi ilə bərabər üz
dərimiz də dəyişməyə ehtiyac duyur. Yayda yüngül nəmləndirici ilə yola vermək
olardısa, hava soyuqlaşdıqca rejiminə daha çox nəmləndirmə əlavə etməli
olacaqsan. B vitamin və hialurun turşusu
ilə zəngin məhsullara yönəl.
Dostların, ailən və ya partnerinlə kabin kirayələ
Dostlarınla həftəsonu qaçışı planlayın və kabin kirayələyin. Şəhərdən çox uzaqlaşmadan qısamüddətli aradan çıxa bilərsən, istərsən, qaçışı bütöv bir səyahətə çevirərək ölkədə ən yaxşı kabin yerlərinə gedə bilərsən (Məsələn, Zaqatalada Ümid gölü, Şamaxıda Sakit göl)
Oktoberfesti qeyd et!
Baxmayaraq ki, əsas bayram Münhendədir, sənə yaxın bir alman kafesində və ya mədəniyyət mərkəzində Oktoberfest olması ehtimalı çoxdur. Şənlik 21 sentyabr başlayır və oktyabrın 6-a qədər davam edir. Adətən almanların kilsəsi (Kapel Hause-kirxa) belə bayramları qeyd edir. Belə bayramlarda ev üsulu pivə, canlı musiqi və alman mətbəxi təqdim olunur. Bu əyləncəli bayramı və fərqli mədəniyyət yaşamağı qaçırma.
Balqabaq ədviyyatlı kofeni
yoxla
Starbucks-ın Balqabaq Ədviyyatlı
Latte-sini sifariş verib şəhəri gəzməyə çıx, bonus olaraq qulaqlıqda Vivaldinin
Dörd Fəsil- Payız (The Four Seasons – Fall.) əsərinə qulaq as.
Payız meyvəsi - Alma
Alma piroqu bişir və ya ev üsuli karamelli alma reseptini yoxla.
Bütöv bir günü kitab oxumaqla keçir
Sakit
bir kafe seç, kofeni sifariş ver və saatlarla kitab oxu. Payızı bundan faydalı
keçirə biləcəyin fəaliyyət yoxdur. Ən sevdiyim sakit və rahat kafelərin
siyahısı ilə buradan tanış ola bilərsən.
Xəngəl Havası
Havalar soyuqlaşan kimi xəngəl yemək aktuallaşır. Əgər hələ gürcü mətbəxinin bu yeməyini dadmamısansa, bu payız mütləq yoxlayın.
Yaradıcılıqla məşğul ol
Payız yaradıcılıq hissini artıran bir fəsildir. Yarpaqlar rənglərə bürünür, yağışlar yağır. Bəziləri payızda depressiyaya düşsə də, bəziləri bundan daxili aləmlərini açmaq üçün bir şans kimi istifadə edir. Yeni bir şeir yazın, qış üçün şarf toxumağı öyrənin, yağlı boya ilə işləyin və s.
Quşlar üçün ev Düzəlt
Payızda bəzi quşlar isti ölkələrə köç etsə də sərçələr və bəzi başqa quşlar şəhərdə qalır. Onlar üçün taxtadan və ya kağız qutulardan ev düzəldə bilərsən. İdeyalar üçün youtube-da bird house axtarışı versən, minlərlə videoya rast gələ bilərsən. Bu ideya xoşuna gəlmirsə, əl qabiliyyətini sınağa çəkəcək başqa bir şey yoxla. Öz əllərinlə nəsə düzəltməyin bəxş etdiyi zövqü heç nə verə bilməz.
Yağış altında gəz
Payızda
ən sevdiyim aktivitə budur. Narın yağış, küləksiz hava olanda bu şansı əldən
vermirəm. İstər çətirinizi götürün, istərsə də yağışın saçlarınızı islatmasına
icazə verin- bu, payızın ən gözəl hədiyyəsi olacaq.
Turlarla maraqlan, hikingə get
Rayonlarda gediş-gəliş nə qədər ki açıqdır, üzüm bağlarına və alma bağlarına turlar təşkil edən turizm şirkətlərini izlə, ən uyğun vaxtda bu turlara qoşul, yeni yerlər kəşf edib yeni insanlar tanı. Qızıl payızı ən yaxşı rastlayacağın ay oktyabrdır. Nümunə üçün bu fotolara nəzər saldıqda Azərbaycan payızına valeh olmamaq mümkün deyil.
Çox sevdiyim turizm şirkətlərini etiketləyirəm:
Sonda öz payız siyahımı bölüşürəm. Xoş payız günləri keçirməniz diləyi ilə,
![]() |
bucket list 2019 |
![]() |
bucket list 2020 |
Yorumlar
Yorum Gönder