Bu gün biz nələri gözəl hesab edirik?! Bunu anlamaq üçün tarixə nəzər salmalıyıq. 150 milyon il əvvəl dinozavrlar dünyada dominatlıq
edirdilər. Bir anlıq hündür və nəhəng canlıları təsəvvür etdinizsə, nəzərlərinizi bir qədər aşağı, dinozavrların ayaqlarının altına gətirin. Məhz
elə burada bizim əcdadlarımızı, siçana bənzər balaca məməliləri tapmaq olar, onlar dinozavrlardan gizlənərək vaxtlarını keçirir, sağ qalmaq uğrunda mübarizə aparırdılar. Bu canlıların dünyanı qavraması olduqca məhdud idi. Yalnız iki rəngi seçə bilirdilər:
qırmızı və göy.
Həm də onlar daha yaxşı görən yırtıcılardan qaçmaq
üçün gecələr ayıq olur və daima ətrafı sağdan sola, yuxarıdan aşağı gözdən keçirirdilər. Bu da
bizim bu gün kvadrat və düzbucaqlı fiqurlarına meylimizi izah edən sadə səbəb hesab
oluna bilər.


Əlbəttə ki, vizual gözəllik görmə əsasındadır. Bizim
görmə qabiliyyətimiz təkamül keçib, çünki bu, bizə sağ qalmağa kömək edib.
Dinozavrlar yoxa çıxdıqdan sonra bizim əcdadlarımız gizlənməyi dayandırıb işığa çıxdılar və vaxt keçdikcə onların gözləri göyqurşağının bu gün bizə bəlli olan
bütün rənglərini seyr edərək təkmilləşdi. Və bu gün bizi vizual olaraq cəlb edən
çox şey əcdadlarımıza sağ qalmağa kömək edən şeylərdir. Məsələn, çiçəklərdən bitkinin meyvə verə biləcəyi siqnalını alırıq. Su mənbələri qida bolluğuna işarədir. Sığınacaq
yerləri isə yırtıcılardan qaçmaq üçün pənah yeri idi. Biz hələ də ilkin insanların təkamül
etdiyi yerləri xatırladan peyzajları bəyənirik.
2 rəssam (Aleksandr Melamid və Vitali Komar) 1990-cı
illərdə 14 müxtəlif ölkədə ən arzu olunan rəsm əsərini tapmaq üçün sorğu
keçirdi. Sorğu zamanı insanlara aşağıdakı suallar verilirdi:
Siz mənzərə yoxsa qapalı yerlərin rəsmlərini görmək
istəyərdiniz?
Verilən mənzərə şəkillərindən hansı diqqətinizi daha çox çəkir?
Rəsmlərdəki insanların çılpaq, yarı-çılpaq yoxsa geyimdə olmasını tərcih edirsiniz?
Sorğu nəticələri 4 ölkədə belə görünür:
(
![]() |
Çində ən sevilən rəsm əsəri |
![]() |
Sorğuya görə ABŞ-da ən sevilən rəsm əsəri belədir. |
![]() |
Bu da Türkiyə |
![]() |
Rusiyada isə bu |
Buna bəzən Afrikan Savanna hipotezi deyilir, çünki savannaların bu cür xüsusiyyətləri var:
Mavi səma, bir növ sığınmaq üçün qayalıq, geniş bir su hövzəsi yaxınlığında yetişən yeyilə bilən bitki.
Belə
çıxır ki, biz son dərəcədə banal (qeyri-orijinal) məxluqlarıq. Gözəlliyin bir hissəsi
sadəcə yaşamaq arzusudur.
Yorumlar
Yorum Gönder