Kate Chopin
Biri var
idi, biri yox idi, dünyaya yeni gələn bir heyvan var idi, o, gözlərini həyata
açar-açmaz yuxarıda və ətrafında onu əhatə edən divarlar gördü. Önündə isə arasından
işıq və havanın keçdiyi dəmir çubuqlar var idi; bu heyvan qəfəsdə doğulmuşdu.
Burada,
Görünməzin qoruyucu əllərinin qayğısı altında o böyüyür və boya-başa çatırdı. Ehtiyacları
qarşılanır və yeməyi həmişə hazır idi. Susayanda su gətirilir, istirahətə
ehtiyac duyanda isə samandan hazırlanmış yataqla təmin edilirdi; burada öz gözəgəlimli
bədənini yalamaq onun xoşuna gəlirdi və günəş işıqlarının ancaq onun evini
işıqlandırmaq üçün var olduğunu zənn edərək zövqlə günəşlənirdi.
Bir gün istirahət etdiyi zaman gördü ki, qəfəsin qapısı
açıqdır : təsadüf nəticəsində qapı açıq qalmışdı. Təəccüblənərək və qorxaraq öz
köşəsində çömbəldi. Ardından, öyrəşmədiyi bu haldan ehtiyat edərək yavaşca
qapıya yaxınlaşdı. Qapını bağlayardı, amma bu tapşırığı icra etmək üçün onun ətrafları buna uyğun reaksiya verməzdi. Açıq yerdən başını çölə çıxararaq göy qübbəsinin daha da
aydınlandığını və dünyanın genişləndiyini gördü.
Köşəsinə
geri döndü, amma bu dəfə dincəlmək üçün yox, çünki Görünməzin cazibəsi sona
çatmışdı. O, daha çox işıq görmək üçün təkrar-təkrar açıq qapıya tərəf getdi.
Sonra son
dəfə əlverişli şəraiti gözləyib, dərindən bir nəfəs aldı- ayaqlarına bütün
gücünü toplayıb bir sıçrama ilə çıxıb getdi.
Çılğın
qaçış- yaralanmasına və ipək kimi hamar dərisinin sıyrılmasına əhəmiyyət verməyərək
o tələsirdi- hər şeyi görmək, qoxlamaq və onlara toxunmaq üçün; suyu içməli olar fikri ilə hətta təhlükəli hovuza yaxınlaşırdı.
Daha hazır
yemək yox idi, o, özü yemək axtarmalı və vaxtının çoxunu yemək uğrunda mübarizə
aparmağa sərf etməli idi; susuz boğazına həyat verən suya çatana qədər isə ayaqları
şişirdi.
Beləcə
o, axtararaq, taparaq, sevinərək və əziyyət çəkərək yaşayırdı. Təsadüfün açdığı
qapı hələ də açıq olsa da qəfəs həmişəlik boş qaldı.
Yorumlar
Yorum Gönder