Ana içeriğe atla

Kayıtlar

Eylül, 2020 tarihine ait yayınlar gösteriliyor

Gözəllik

  Bu gün biz nələri gözəl hesab edirik?! Bunu anlamaq üçün tarixə nəzər salmalıyıq. 150 milyon il əvvəl dinozavrlar dünyada dominatlıq edirdilər. Bir anlıq hündür və nəhəng canlıları təsəvvür etdinizsə, nəzərlərinizi bir qədər aşağı, dinozavrların ayaqlarının altına gətirin. Məhz elə burada bizim əcdadlarımızı, siçana bənzər balaca məməliləri tapmaq olar,   onlar dinozavrlardan gizlənərək vaxtlarını keçirir, sağ qalmaq uğrunda mübarizə aparırdılar. Bu canlıların dünyanı qavraması olduqca məhdud idi. Yalnız iki rəngi seçə bilirdilər: qırmızı və göy.   Həm də onlar daha yaxşı görən yırtıcılardan qaçmaq üçün gecələr ayıq olur və daima ətrafı  sağdan sola, yuxarıdan aşağı gözdən keçirirdilər. Bu da bizim bu gün kvadrat və düzbucaqlı fiqurlarına meylimizi izah edən sadə səbəb hesab oluna bilər.   Əlbəttə ki, vizual gözəllik görmə əsasındadır. Bizim görmə qabiliyyətimiz  təkamül keçib, çünki bu, bizə sağ qalmağa kömək edib. Dinozavrlar yoxa çıxdıqdan so...

Şəhərdə kitab oxumaq üçün ən sakit yerlər Öz

fikirlərinlə baş-başa qalmaq, özünə zaman verməyin mental, emosional və sosial faydaları var.   Steorotipləri kənara qoyun və tək gəzməyə çıxın. Telefonuzu yoxlamayın, kitabınızı oxuyun, kofenizi için, özünüzü tanıyın. Aşağıda kitab oxumaq üçün sevdiyim kafelərin siyahısını hazırlamışam:   1)     Baku Book Center – şəhərdə mənə görə kitab oxumaq üçün ən yaxşı yerdir. Yerləşməsi rahat, interyeri gözoxşayan bu yer gənclərlə dolub daşır. 2)     W_space – AFF   Mall-un 3-cü mərtəbəsində yerləşən bu kafe həm də kovörkinq mərkəzidir. Terrası çox gözəldir və ən əsası şəhərdə kitab oxumaq üçün ən sakit kafelərdəndir. 3)     Stories - Libraff kitab evlərinin daxilində yerləşən bu kafe haqqında çoxlarının məlumatı var. Mənim sevdiyim Elmlər Akademiyası ilə üzbəüz yerləşən filialıdır. Qiymətləri olduqca münasibdir, vaxtaşırı tələbələrə endirimlər təklif edirlər. 4)       Baku Roasting Company - Space TV-...

Payızı Azərbaycanda necə keçirək?!

  Payız fəslinin gəlişi ilə yeni bucket list hazırlığına başlayanlar üçün maraqlı ideyalar toplamışam. Siyahı pandemiya dövrü üçün uyğunlaşdırılıb istifadə edilə bilər. Ən əsası siyahını əlçatan hədəflərlə zəngin et!  İlk növbədə hər fəsil üzrə bu siyahını niyə hazırlamalı olduğumuzu öyrənək: 1.    Gündəlik həyatda daha çox motivasiya əldə edəcəksən.   2.    Həyatında baş verən neqativlərdən diqqətini yayınd ıracaq bir fəaliyyətin olacaq. 3.    Etməyi planlayıb təxirə saldığın şeyləri yoxlamağa şansı n olacaq. İstər sadəcə əyləncə xətrinə, istərsə də həyatında daha çox şeyə nail olmaq üçün fəsillər üzrə bucket list yaratmaq faydalıdır. O, səylərini vizuallaşdırmağa və enerjini məqsədlərə nail olmağa yönəltməyə kömək edəcək. Mən mövsümi siyahım üçün özümə aşağıdakı qaydaları qoymuşam. ·        Siyahıda həmin fəslə uyğun bir içki olmalıdır. ·        Siyahıda həmin fəslə uy...