3 Aya 33 əşya Əgər siz şkafınızdakı xaosdan yorulmusunuzsa və ya sadəcə az geyimlə kifayətlənməyin faydaları ilə maraqlanır və qarderobunuzu sadələşdirmək istəyirsinizsə, bu məqalə sizə yardımcı ola bilər. Az geyimlə kifayətlənmədən öncə mən də hər gördüyüm gözəl paltarı almağı düşünürdüm. Fikirləşirdim ki, endirimlərdən yararlanıb həmin paltarları almaq məni xoşbəxt edəcək və mən öz qarderobumu beləcə tamamlayacam, amma heç vaxt tamamlaya bilmirdim. Həmişə daha çox şeyə ehtiyacım olurdu. Hər şeyə sahib olmağın sirri əlində olanların fərqinə varmaqdır. Bizim hər birimizin müxtəlif bədən ölçüləri və yaşam tərzimiz var və biz xüsusi kombinasiyalar geyinməyə layiqiq. Kiminsə mükəmməl saydığı qarderob başqa biri üçün uyğun olmaya bilər. Ona görə də çətini öz bədəninə və həyat tərzinə uyğun paltarları tapana qədərdir. Minimalist qarderob qurmaq bu işdə sizə kömək ola bilər. Minimalist qarderob növbəti 3 ayda (biz yan varın 1-dən martın 22-ə qədər...
I think, we all need peptalks